“Mobil tabutlar” – Əgər ilk saniyədəcə tankdan çıxa bilməsən, sənin sonun çatıb…

Amerikalılar Rusiya tanklarının kritik qüsurunu açıqlayıb…

Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi tankların konstruksiyasında elə qüsur var ki, onun sayəsində tankçılar üçün “mobil tabutlar”a çevrilir.

Rusiya ordusunun bu müharibədə ağır texnika sarıdan böyük itkiləri məhz bununla bağlıdır.

Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Jurnalistlər xatırladıb ki, Böyük Britaniya müdafiə nazirliyinin məlumatına görə, Rusiya artıq 580 tank itirib. Problem döyüş ehtiyatlarının döyüş maşınlarında necə saxlanılmasındadır.

Müasir Qərb tanklarından fərqli olaraq, Rusiya tankları öz qülləsində 42 mərmi daşıya bilir.

“İstənilən uğurlu hədəfəalma bu döyüş sursatlarını alışdıraraq, güclü partlayış törədir və qülləni dağıdıb qoparır”, – bunu telekanalın həmsöhbəti, yeni Amerika təhlükəsizliyi Mərkəzində Rusiya Federasiyasının öyrənilməsi proqramının məsləhətçisi Sem Bendett qeyd edib. Ekspertlər belə effekti “tütün qutusunun şeytanı” adlandırır, çünki zərbə dalğası tankı bir neçə metr uzağa tullayır.

Bu qüsur o deməkdir ki, maşın ekipajının həlak olması riski çox yüksəkdir.

“İlk saniyə ərzində tankdan çıxa bilməsən, sənin sonun yetişib”, – yerüstü döyüş əməliyyatları üzrə ixtisaslaşan müdafiə sənayesinin analitiki, Britaniya ordusunun sabiq zabiti Niklolas Drammod deyib.

Onun sözlərinə görə, döyüş sursatlarının denotasiyası Rusiyanın Ukraynada istifadə etdiyi, demək olar ki, bütün zirehli texnikası üçün problemlər yaradır.

Drammond deyib ki, Rusiyaya Qərb kimi bu qüsur barədə hələ İraqa qarşı Fars körfəzində 1991-ci və 2003- cü illərdə aparılan müharibələrdən bəlli olub. Buna baxmayaraq, analitikin sözlərinə görə, Rusiya bundan heç bir nəticə çıxarmayıb. 1992- ci ildə T- 72 tankının varisi olan T- 90 tankları silahlanmaya daxil olanda, onun zirehi modernləşdirilib, amma yüklənmə sistemi T- 80 tankında olan oxşar yerləşdirilmə sistemi kimi qalıb.

Facebook Comments