Göygöldə 2 avtomobil toqquşub, xəsarət alanlar var

Göygöldə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, iki “VAZ” avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Belə ki, 2008-ci il təvəllüdlü Ü.Zeynallı, 1985-ci il təvəllüdlü E.Vəliyeva, 1987-ci il təvəllüdlü N.Hacıyev, 2001-ci il təvəllüdlü K.Abbasov, 1982-ci il təvəllüdlü V.Zeynalov və 2001-ci il təvəllüdlü E.Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Facebook Comments