Eşq yaşadıqlarını etiraf etdi

Türkiyəli aktrisa Hande Erçel İstanbulun Etilər səmtində görüntülənib.

Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kaan Yıldırımla Londondan yeni qayıdan aktrisa eşq yaşadıqlarını etiraf edib. O, münasibətləri barədə ilk dəfə danışıb:

“Hər şey qaydasındadır. Tətilimiz də əyləncəli keçdi”.

Erçel keçmiş aktyor sevgilisi Kərəm Bürsinlə bağlı verilən suallara isə sərt reaksiya göstərib. Aktrisa “Dostluğunuz davam edir” sözlərinə “Çox lazımsız sual oldu. Elə şey ola bilər? Bu barədə danışmayaq, ehtiyac yoxdur” deyə, cavab verib.

Facebook Comments