“Ukraynanın şücaəti və ustalığı hərb tarixinə düşəcək”

“Sizin müqavimətiniz azad dünyanı ilhama gətirib və Ukraynanı məhşurlaşdırıb”

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi əsassız və qanunsuzdur, dünyanın azad insanlarına meydan oxumaqdır”

ABŞ müdafiə naziri Lloyd Ostin Almaniyanın Ramştayn şəhərində Amerikanın BBC bazasında Ukraynaya hərbi yardım göstərilməsini müzakirə etmək üçün toplanan 40 dövlətin nümayəndələrinin görüşündə bəyan edib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi əsassız və qanunsuzdur, bu, dünyada bütün azad insanlara meydan oxumaq, diktator Putinin hədəflərinin Ukrayna və Avropanın hüdudlarından kənara çıxması deməkdir.

Moderator.az xəbər verir ki, bu barədə “Əl- Cəzirə” telekanalı məlumat yayıb.

Oxucular üçün maraq doğuracağını nəzərə alaraq, Ostinin çıxışının tam mətninin tərcüməsini tədqim edirik.

“Ukrayanın müdafiə məsələləri üzrə Məsləhət qrupunun bu tarixi iclasına toplananlara çox sağ ol deyirəm. Bugünkü iclasda 40- dan artıq ölkənin nümayəndələri iştirak edir.
Biz buraya Ukraynaya Rusiyanın qanunsuz müdaxiləsinə qarşı mübarizəsində qələbə qazanmağa yardım etmək və Ukraynanın müdafiəsini gələcək mümkün problemlərin həlli üçün möhkəmləndirmək məqsədilə toplaşmışıq.

Bildiyiniz kimi, mən buraya öz dostum, dövlət katibi Blinkenlə birgə Kiyevə səfərimdən sonra gəlmişəm. Biz prezident Zelenski və onun komandası ilə isti və məhsuldar görüş keçirmişik. Söhbət döyüşlərin Donbasa və cənuba keçdiyi şəraitdə Ukraynaya göstərilən dəstəkdən, Ukraynanın imkanları və ehtiyaclarından gedib. Bu səfər bizim hamımızın təxirə salınmadan və birlikdə hərəkət etməyimizin vacibliyini göstərib.

Ona görə də mən buraya toplaşanların Ukraynanın yaxın perspektivdə təhlükəsizlik tələblərinə anlaşıqlıqla yanaşmasını istəyirəm. Biz Yerlə göyü lərzəyə gətirməklə belə Ukraynaya yardım edəcəyik.
Bir qədər sonra general Uolter Ukraynaya təklif etdiyimiz yardımın tədarükünün koordinasiya mexanizmləri barədə danışacaq. Bu yardım sizin köməkliyinizlə daha da effektiv ola bilər. Biz birlikdə bizim müdafiə- sənaye bazalarımızı cəlb etməklə daha çoxunu edə bilərik, Ukraynaya özünü qorumaq üçün daha səmərəli yardımı davam edə bilərik.

Bu gün həmçinin mənim əziz dostum, Ukraynanın müdafiə naziri Reznikov da bizə qoşulub. Sizi və komandanızı burada görməkdən şərəf duyuruq. Biz burada Ukraynanın mərdliyinə, qətlə yetirilmiş günahsız mülki şəxslərə, sizin xalqınızın keçirdiyi iztirablara görə buradayıq. Sizin ölkəniz dağıdılıb. Sizin xəstəxanalarınız bombalanıb. Sizin vətəndaşlarınız edam edilib. Sizin uşaqlarınız yaralanıb və öldürülüb. Amma Ukrayna Rusiyanın qanunsuz hərbi müdaxiləsindən öz suverenliyini qorumaq üçün çox işlər görüb. Və Ukraynanın şücaəti və ustalığı hərb tarixinə daxil olacaq.

Hamınıza məlumdur ki, İvodzima uğrunda döyüş 36 gün, Kursk uğrunda döyüş 40 gün davam edib. Ukrayna 62 gündür ki, Rusiya qoşunlarının hücumlarını dəf edir. Sizin müqavimətiniz azad dünyanı ilhama gətirib, NATO- nu daha qətiyyətli edib və Ukraynanı məhşurlaşdırıb.
Biz sizə rekord sürətlə yardım edəcəyik, bütün dünya döyüş meydanında baş verənlərin fərqini dəyərləndirə biləcək.
Putin təsəvvürünə belə gətirə bilməzdi ki, dünya Ukrayna ətrafında belə tez və inamla birləşəcək.
Rusiyanın Kiyev ətrafında məğlubiyyətindən sonra müharibə yeni mərhələyə qədəm qoyur. Heç kim Putinin nə dəlillərinə, nə də Donbas barədə saxta bəyanatlarına inanmır.

Gəlin, vəziyyəti aydınlaşdıraq. Rusiyanın müdaxiləsinə və Ukraynada törətdiyi cinayətlərinə haqq qazandırmaq mümkün deyil. Bu gün də biz Rusiyanın özünü xaincəsinə və mənəviyyatcasına davrandığını görürük. Rusiya müharibəni öz seçimi ilə, bir nəfərin ambisiyalarına uyaraq aparır. Ukrayna müharibəni zərurət olduğundan, özünün demokratiyası, suverenliyi və öz vətəndaşlarını qorumaq üçün aparır. Amma bu ambisiyalar Ukraynanın və Avropanın hüdudlarından çox kənata çıxır. Rusiyanın müdaxiləsi əsassız, ağılsız və qanunsuzdur. Bu, qanunlara əsaslanan beynəlxalq qaydaların təhqir edilməsidir. Bu, bütün dünyada azad insanlara meydan oxumaqdır.
Bu gün biz görürük ki, dünyanın xeyirxah xalqları Ukraynaya Rusiyanın imperiya təcavüzü ilə mübarizəsində dəstək göstərməkdə necə yekdil və qətiyyətlidir. Və belə də olmalıdır. Bu yığıncaq bütün dünyanı birləşdirib.

Rusiyanın fevralın 24-də hərbi müdaxiləsindən sonra bizim 30- dan artıq müttəfiqlərimiz və tərəfdaşlarımız Ukraynaya təhlükəsizlik sahəsində ABŞ- ın təcili yardımına qoşulub. Eyni zamanda, biz Ukraynanın özünümüdafiəsi üçün 5 milyard dollar ayırmışıq. Mənim Kiyevə səfərim zamanı Ukrayna silahlı qüvvələrinin bu imkanlardan necə istifadə edilməsindən heyranlıq hissi doğurub. Elə burada iştirak edənlərin hər birində olduğu kimi.

Bu gün bizim vəziyyəti daha dərindən anlamağımız üçün bir azdan siz bəzi silahdaşlarımın, o cümlədən qərargah rəislərinin Birləşmiş komitəsinin rəhbərinin
çıxışlarını dinləyəcəksiniz.
Mən bilirəm ki, biz hamımız döyüş əməliyyatları davam etdikcə Ukraynanın tələbatlarının ödənilməsi naminə hər şeyi etməkdə qərarlıyıq.

Bizə hələ çox şeyləri etmək lazım gələcək. Qələbə qazanmaq üçün Ukraynaya yardım lazımdır. Müharibə bitəndən sonra da ona bizim yardım lazım olacaq.
Prezident Baydenin dediyi kimi, təhlülkəsizliyin təmin edilməsi üçün bizim yardımımız “azadlığın bilavasitə ön cərgəsinə- qorxmaz və bacarıqlı Ukrayna döyüşçülərinə yönələcək”.

Mənin ukrayalı dostlarım, üzərinizə hansı yükün düşdüyünü biz yaxşı bilirik. Və siz bilməlisiniz ki, biz hamımız sizi dəstəkləyirik. Məhz buna görə də bu gün biz buradayıq və Ukrayna demokratiyasını möhkəmləndirmək əzmindəyik.
Mən burada sizinlə birgə olmağımdan qürur duyuram. Mən səbirsizliklə həyati əhəmiyyətli çıxışları gözləyirəm”.

Facebook Comments