Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Bakıya gəlib

ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şofer Azərbaycanda səfərdədir.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi tviterdə məlumat yayıb.

“24-29 Aprel tarixlərində Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şoferi salamlayırıq. ABŞ Cənubi Qafqazın dinc, demokratik və firavan gələcəyini təşviq etmək üçün ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq etməyə sadiqdir”, – paylaşımda deyilir.

Facebook Comments