Bakıda gənc icarəyə götürdüyü avtomobillə qəzaya düşərək ağır yaralanıb

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sozcu.az-ın məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Əmircan qəsəbəsində 24 yaşlı Rəvan Əliyev icarəyə götürdüyü “Hyudai Elantra” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maneələrə çırpılıb.

Ağır bədən xəsarətləri alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və sağ ayağın yerdəyişən sınığı diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.report

Facebook Comments