SEPAH-a bağlı media Abbas Lisaniyə qarşı təxribat xarakterli materiallar yayır-VİDEO

İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı media qurumları tanınmış Güney Azərbaycanlı siyasi məhbus, milli fəal Abbas Lisaniyə qarşı təxribat xarakterli materiallar yayır.

SEPAH-a bağlı media Abbas bəyi din düşməni kimi qələmə verməyə çalışır.

“Günaz TV Güney Azərbaycanın azadlıq səsini yayan televizyadır. Arzu edirəm ki, belə televiziyalar çox olsun” sözlərini Abbas Lisaninin xaricə bağlı olması və kənardan maliyyələşdirilməsi kimi təqdim edən “azəriha” qrupu ona müxtəlif böhtanlar səsləndirib.

Media orqanı GünazTV-də çıxış edən təhlilçinin fikirlərini təhrif edərək Abbas Lisaninin adına yazıb və bunu milli fəalın dinə qarşı düşmənçiliyi kimi təqdim edib.

Qeyd edək ki, “Mən islam dininə qarşı deyiləm, bizi farslarla birləşdirilən şiəliyə qarşıyam”-fikrini bir neçə il bundan öncə GünazTV-də çıxış edən siyasi fəal Yasəmən Qaraqoyunlu səsləndirib.

Lakinin onun sözləri Abbas Lisanini fikirləri kimi təbliğ olunur.

Facebook Comments