Azərbaycanda neft kəmərlərində itkilərin həcmi açıqlanıb

Ötən il Azərbaycanda neft kəmərlərində 3,3 min ton itki olub, bu da illik müqayisədə 17,9% çoxdur.

Dövlət Statistika Komitəsindən Sozcu.az-a verilən məlumata görə, 2020-ci ildə respublika üzrə neft kəmərlərində itkilər 2,8 min ton təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 35 018 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,86% çoxdur. Nəqletmənin 75,5%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, ötən il kəmər vasitəsilə 26 421,5 min ton neft ötürülüb (2020-ci ilin göstəricisi ilə müqayisədə 3,85% az).

Facebook Comments