Bayden dünya liderləri ilə Ukraynanı müzakirə edir

ABŞ Prezidenti Co Bayden digər dünya liderləri ilə videokonfransa başlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq Nyus” məlumat yayıb.

Videokonfransa Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Polşa, Kanada liderləri, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen, NATO Baş katibi Yens Stoltenberq, Avropa Birliyinin Prezidenti Şarl Mişel qoşulub.

Əsas müzakirə mövzusu Ukraynaya dəstəkdir.

Facebook Comments