Azərbaycan Çindən 6 mln. manatlıq qaz sayğacı idxal edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 3,557 mln. ABŞ dolları (6,048 mln. manat) dəyərində 75 095 ədəd qaz sayğacı idxal edib.

Sozcu.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sayğacların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 35,3% azalıb.

Qeyd edək ki, sayğacların 96,6%-i Çindən gətirilib. Belə ki, hesabat dövründə Azərbaycan Çindən 3,397 mln. dollar (5,774 mln. manat) dəyərində 72 560 vahid qaz sayğacı idxal edib.

Facebook Comments