“Dövlət qurumlarında narkomanlar çalışır” – Deputatdan skandal açıqlama

“Bizdə olan qeyri-rəsmi məlumatlara görə, dövlət qurumlarında narkotik testindən keçməyən və narkotikə qurşanan şəxslər var. Biz bunun qarşısını almalıyıq”.

Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

“Onlar kifayət qədər səlahiyyətli mövqelərə sahibdirlər. Bir narkomanın hər hansı posta olması o deməkdir ki, o, narkotiklərin yayılmasında xüsusi rol ala bilər. Hesab edirəm ki, bu məsələdə total dövlət nəzarəti həyata keçirilməlidir”, – deputat qeyd edib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə Modern.az-a bildirib ki, bu barədə onlarda hər hansı məlumat yoxdur.

“Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətində hər hansı məlumat yoxdur. Tərəfimizdən fakt və əsas olmadan hər hansı qeyri-rəsmi məlumat, iddialar, fərziyyələr yoxlanılmadan şərh edilmir. Narkotik vasitələrlə bağlı daxil olan bütün məlumatlar diqqətlə yoxlanılır, təsdiqini tapan məlumatlarla bağlı müvafiq tədbirlər görülür”, – deyə DİN-dən verilən məlumatda qeyd olunub.

Facebook Comments