“Şoyqu infarkt da keçirə, hətta qarın ağrısı da tuta bilər”

“Şoyqunun hədəf olacağını düşünmürəm, çünki onun Putinlə kifayət qədər müsbət münasibətləri olub”.

Bu sözləri Yenisabah.az-açıqlamasında ehtiyatda olan mayor Ədalət Veridyev deyib.

O, Rusiya müdafiə naziri Sergey Şoyqunun insult keçirməsi, habelə Rusiyanın Ukraynada apardığı müharibədəki uğursuzluqların birbaşa Şoyqunun ayağına yazılacağı barədə iddialara münasibət bildirib:

“Əvvəllər də bir səsyazısı paylaşılmışdı ki, guya Şoyqu ilə Putin arasında müharibə ilə bağlı narazılıqlar var.

Təbii ki, müharibənin planlaşdırılması, döyüş əməliyyatlarında uğursuzluqlar, Rusiyanın Ukraynanın şimal və şimal-şərq vilayətlərindən geri çəkilməsi Rusiya siyasi rəhbərliyinin, həm də hərbi komandanlığının uğursuzluğu idi.

Təxmini bir neçə günə başa çatdırılması planlaşdırılan müharibənin 51-ci günündə görün, nələrdən danışırıq. Artıq tamamilə yorulmuş və döyüş əməliyyatlarını əvvəlki intensivlikdə apara bilməyən Rusiyadan bəhs edirik”.

Aprelin 14-də Qara dənizdə “Moskva” kreyserinin də Ukrayna qanadlı raketi ilə vurulması və bircə raketlə 750 milyon dollarlıq gəminin batması da onu göstərir ki, Ukrayna hələ də müdafiə potensialını qoruyub saxlayır, zaman-zaman isə əks-hücumlar edir. Belə olan halda, Şoyqu infarkt da keçirə, hətta diareya (qarın ağrısı – red.) da tuta bilər”.

“Bəs müharibədəki uğursuzları Putin kimin ayağına yaza bilər” sualına hərbi ekspert belə cavablandırıb:

“Əlbəttə, birmənalı olaraq “günah keçisi” hərbçilər olacaq. Çünki qələbə qazanılanda bu, siyasətçilərin ayağına yazılır, müharibə uduzulanda isə hərbçilərin.

Vəziyyətin bu qədər qəlizləşməsinin Şoyqunun səhhətində problem yaratması isə norrmal bir şeydir. Çünki Şoyqu məsuliyyətini anlayır. Ümumiyyətlə, bu müharibədə məğlubiyyət Rusiyaya nəinki nüfuzu, hətta mövcudluğu və daxili sabitliyinin itirilməsini vəd edir”.

Facebook Comments