Abşeronda qəza zamanı 2 nəfər xəsarət alıb

Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Sozcu.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Prospektdə “Hyundai”, “Daewoo”, “Chevrolet” və “Mercedes” markalı avtomobillər zəncirvari şəkildə toqquşub. Qəza nəticəsində iki nəfər xəsarət alıb. Avtomobillərdən ikisi yararsız hala düşüb. Hadisə şahidlərinin verdiyi məlumata görə sonuncu toqquşan “Chevrolet” qəzanın baş verdiyi ərazidən uzaqlaşıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Facebook Comments