Ukraynanın vurduğu “Moskva” kreyseri batdı – Rusiya MN

Qara dənizin şimalında yerləşmiş Rusiyanın “Moskva” kreyseri Ukrayna sahilindən cənub istiqamətində uzaqlaşıb.

Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd edək ki, ötən gün “Moskva” kreyseri Ukrayna ordusu tərəfindən vurulmuşdu. Hadisə nəticəsində kreyserdə yanğın baş vermişdi.

***

“Moskva” raket kreyseri Qara dənizdə batıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, gəminin təyinat limanına yedəklənməsi zamanı gövdə zədələndiyi üçün gəmi sabitliyini itirib:

“Moskva” kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatın partlaması nəticəsində yanğın zamanı gövdə zədələndiyi üçün gəmi dayanıqlığını itirib. Gəmi fırtınalı dənizdə batıb”.

Kreyserdəki ekipaj daha öncədən təxliyə edilib.

Facebook Comments