Ağsu şəhər “Hacı Alcan-Hacı Almaxanım” məscidində Axund Hacı Elşən Rəhimlinin pişnamazlığı ilə saat 09:00-da bayram namazı qılınıb.
Bayram namazında şəhidlərimizin ruhuna dualar oxunub. Bayram namazından sonra məscidin dindarları Şəhidlər Xiyabanını ziyarət ediblər.
“Hacı Alcan-Hacı Almaxanım” məscidində də bayram namazında xeyli insan iştirak edib.
Qeyd edək ki, mayın 5 və 6-da Azərbaycanda Ramazan bayramı qeyd olunur.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda mayın 6-də başlayıb.
Anar Rəsullu
Sozcu.az
Facebook Comments