BMT-dən Əfqanıstanla bağlı mühüm addım

BMT-nin İnsan Haqları Şurası Əfqanıstana xüsusi məruzəçi təyin edib.

Sozcu.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Əfqanıstanda insan haqlarının pozulması ilə bağlı xəbərlər artdıqca, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası ölkədə insan hüquqlarının vəziyyətini izləmək üçün Riçard Benneti xüsusi məruzəçi təyin edib.

Qeyd edək ki, Talibanın Əfqanıstanda nəzarəti ələ keçirməsi ilə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası ötən il ölkədə insan haqlarının vəziyyətinin monitorinqi üçün xüsusi məruzəçinin təyin edilməsi haqqında qətnaməni yekdilliklə qəbul edib.

Facebook Comments