Apreldə qələbə Ukraynanın olacaq – Perl

Apreldə artıq Ukraynada vəziyyət yaxşılaşacaq.

Sozcu.az xəbər verir ki, bunu məşhur astroloq Anjela Perl deyib.

Onun sözlərinə görə, lokal hərbi əməliyyatların alovlanması mümkündür, lakin gələn ay Ukraynanın müharibədə qələbəsi məlum olacaq:

“Dəqiq tarixi bilmirəm. Ancaq müşahidə etdim ki, aprel ayında dünya üçün cavabdeh olan Yupiter və Neptunun birləşməsi olacaq. Hər dəfə onlar birləşəndə müharibə başa çatır. 1919, 1945-ci ildə də eyni hal baş vermişdi. Birləşmə aprelin 12-də başa çatacaq. Aprel ayında artıq müharibənin davam edə bilməyəcəyi və qələbənin Ukraynanın olacağı bəlli olacaq. Biz qalib gələcəyik. Bu, bütün bürclərdə görünür”, – astroloq bildirib.

Facebook Comments