Dünya çempionatından sonra millidən gedəcək

Anxel Di Mariya Argentina millisindəki karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Sozcu.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsinin son turunda Venesuela ilə oyundan (3:0) sonra yerli mətbuata açıqlamasında bu haqda danışıb.

O, Qətərdə keçiriləcək DÇ-2022-dən sonra milli komandadakı karyerasını bitirəcəyini bildirib.

Qeyd edək ki, 2008-ci ildən Argentina millisində oynayan Di Maria 121 oyuna 24 qol vurub.

Facebook Comments