Rusiya helikopteri öz mövqelərini vurdu

Rusiya hərbi helikopteri öz mövqelərinə zərbə endirib.

Sozcu.az xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov sosial şəbəkə hesabında yazıb.

“Rus işğalçıları Xarkovşinada yeni bir fiaskoya imza atdı. Rus helikopteri öz mövqelərinə zərbə endirdi, nəticədə Maloy Raqondakı birliklərdə şəxsi heyət və texnikada ciddi itkilər var. Məhz onlar daimi olaraq Xarkovu artilleriyadan atəşə tuturdular”.

Sinequbov işğalçıların bu “özünüməhvetmə” hadisəsinin sonuncu olmayacağına ümid etdiyini bildirib.

Facebook Comments