Ukraynadakı rus ordusunun ərzaq və yanacaq problemi var-Pentaqon

“Rusiya hərbçilərinin Ukraynada təchizat – ərzaq və yanacaqla bağlı problemləri var. Avadanlıq problemləri də mövcuddur”.

Bunu martın 22-də Pentaqonda qapalı brifinq zamanı ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib.

“Onların (işğalçıların – UNİAN) yanacaq və qida problemi var. Onların təchizat və dəqiq idarə olunan döyüş sursatları ilə də problemləri var. Əvvəllər heç vaxt həyata keçirmədikləri bu irimiqyaslı əməliyyat bir aydır ki, davam edir və onlar Resursların doldurulması problemini hələ də həll etməyib”, – Pentaqonun yüksək rütbəli rəsmisi bildirib. Həmçinin, onun sözlərinə görə, Rusiya hərbçilərinin maddi-texniki təminatı, rabitə və kommunikasiya, hətta isti geyimlə bağlı problemləri var. O, əlavə edib ki, rus əsgərləri texnika çatışmazlığı səbəbindən donmadan əziyyət çəkirlər.

“Biz həmçinin hesab edirik ki, rusların komanda və nəzarət problemi var. Rabitə olmadan logistika və yüksəliş kimi işləri təşkil etmək çətindir”, – deyə rəsmi bildirib. Qeyd olunub ki, Rusiya hərbi gəmiləri üçün yanacaq çatışmazlığı problemi də var.

Xatırladılır ki, martın 22-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı işğalçıların üç gündən çox olmayan sursat və ərzaq ehtiyatına malik olduğunu bəyan etmişdi. Yanacaqla bağlı da vəziyyətin oxşar olduğu bildirilmişdi.

Facebook Comments