Niderlandın baş naziri Türkiyəyə gəlir

Niderlandın Baş naziri Mark Rutte Türkiyənin NATO çərçivəsində alyansın şərq cinahının müdafiəsi üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Baş nazir qeyd edib ki, çərşənbə axşamı Türkiyənin paytaxtı Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

“NATO daxilindəki ölkələrin bir-biri ilə intensiv danışıqları davam etdirməsi lazımdır. Türkiyə təbii ki, şərq cinahın müdafiəsi üçün NATO-da böyük əhəmiyyət kəsb edir”, – Rutte vurğulayıb.

Niderlandın hökumət başçısının sözlərinə görə, Türkiyə ilə təmasları yalnız Almaniya qurmamalıdır:

“Almaniya Aİ-nin Türkiyə ilə intensiv danışıqlar aparan azsaylı ölkələrindən biridir. Hər mövzuda razılaşmasaq da Türkiyə ilə yaxşı münasibət qurmağı vəzifə hesab edirəm”.

Rutte eyni zamanda Türkiyəni Rusiya-Ukrayna müharibəsində həm Rusiya, həm də Ukrayna ilə təmasda olan nadir ölkələrdən biri kimi xarakterizə edib.

Facebook Comments