Ukraynada müharibə 10 günə bitə bilər, nəticə bəllidir

Müharibənin qızğın mərhələsi 2-3 həftəyə başa çatmalıdır.

Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Kiyev, Xarkov, Sum yaxınlığında döyüşlər yekunlaşıb. Onlar hətta hansısa ehtiyatlarını tapıb gətirərək hücuma keçmək istəsələr belə. məğlubiyyətə düçar olacaqlar. Məsələ bir həftə və ya 10 günədək uzana bilər. Nəticə bəllidir, onlar strateji cəhətdən artıq uduzduqları kimi, əməliyyatı da uduzacaqlar”, – Arestoviç qeyd edib.

Facebook Comments