“Barselona”da “El-Klassiko” öncəsi şok zədələr

“Barselona”nın futbolçuları Serjino Dest və Jerar Pike Avropa Liqasının 1/8 final mərhələsində “Qalatasaray”la görüşdə zədələniblər.

Sozcu.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. 21 yaşlı sağ cinah müdafiəçisi görüşün 56-cı dəqiqəsində əvəzlənib. Onun budunun arxa əzələləri zədələnib. Destin bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı və 2 gün sonra keçiriləcək “El-Klassiko”da iştirak etməyəcəyi bildirilib.

Pike isə 81-ci dəqiqədə adduktor əzələsində narahatlıq hiss edərək meydanı tərk edib. Hazırda onun “Real”la matçda iştirakı sual altındadır.

Qeyd edək ki, martın 20-də keçiriləcək “Real” – “Barselona” görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Facebook Comments