“Çelsi” üçün daha bir müştəri

Roman Abramoviç tərəfindən satışa çıxarılan “Çelsi”ni almaq istəyənlərin sayı gündən-günə artır.

Sozcu.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb. Səudiyyə Ərəbistanı şirkəti “Saudi Media Group” da “zadəganlar”ın sahibi olmaq istəyir. Onlar “Çelsi”yə görə 3,5 milyard avro ödəməyə hazırdır. Şirkətin sahibi Məhəmməd Alkereyci isə “Çelsi” azarkeşidir.

Qeyd edək ki, Abramoviç bir neçə gün əvvəl “Çelsi”ni satışa çıxarıb. daha sonra Böyük Britaniya martın 10-da Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib . Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb. Lakin kluba matçlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilə yeniləmək qadağan edilib. Həmçinin “Çelsi”nin bank hesabı bloklanıb. Amma bundan sonra “Çelsi”nin hazırkı duruma baxmayaraq, satışının mmkün olduğu bildirilib.

Facebook Comments