Rusiya Odessaya desant endirməyi planlaşdırır – Danilov

Qara dənizə 3-4 gün əvvəl rus paraşütçü əsgərləri enəcəkdi. Lakin hava şəraitinə görə onlar Sevastopola qayıtmalı oldular.

Sozcu.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Ancaq indi oradan geri qayıdırlar. Onlar Odessa və onun bölgəsinə paraşütçülər atmağı planlaşdırırlar. Odessada nə baş verdiyini anlayırıq və nəzarət öz əlimizdədir. Çerniqov və Kiyev bölgələrində olduğu kimi onları gözləyirik. Ukraynalı əsgərlər rus desantlarını qarşılamağa hazırdırlar”, – Danilov bildirib.

Facebook Comments