Tuhel “Çelsi”dən gedəcəkmi?

“Şübhə yoxdur ki, mən mövsümün sonuna qədər “Çelsi”də qalacağam”.

Sozcu.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Çelsi”nin baş məşqçisi Tomas Tuhell deyib.

Alman mütəxəssis bildirib ki, indi düşdükləri vəziyyət Premyer Liqanın tərkib hissəsidir: “Biz sonadək yarışda oynaya bilsək, bunun bütün klublara faydası olacaq”.

Xatırladaq ki, Briyaniya hökuməti rusiyalı iş adamı Roman Abramoviçə tətbiq etdiyi sanksiyalar səbəbindən onun “Çelsi”dəki aktivi də dondurulub. Bu səbəbdən klubun bank hesabları bloklanıb, bilet satışı və transferlərinə qadağa qoyulub.

Yerli media mövsümün sonunda Tuhelin “Çelsi”dən ayrılaraq “Mançester Yunayted”ə keçəcəyini yazıb.

Facebook Comments