Ukraynada əsir düşən rusiyalı zabit Qarabağ döyüşlərində iştirakını etiraf etdi

Ukrayna silahlı qüvvələri tərəfindən əsir götürülmüş rusiyalı zabit Nikanorov Roman Aleksandroviç dindirilmə zamanı Qarabağda gedən döyüşlərdə iştirak etdiyini deyib.

“Suriya Ərəb Respublikasında və Dağlıq Qarabağda döyüşlərdə iştirak etmişəm”, – o, bildirib.

1991-ci il təvvəlüdlü baş leytenant həmçinin Ukraynaya hərbi təlim üçün göndərildiyini düşündüyünü deyib.

Facebook Comments