Bu, Putinin müharibəsidir – Blinken

Rusiya humanitar dəhlizlərə keçid təmin etməlidir. Sanksiyaların təsiri artmaqda davam edəcək. Bu, azadlıq savaşı deyil, Putinin müharibəsidir.

Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ-ın Dövlət katibi Entoni Blinken Estoniya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovun “ABŞ və Rusiya Soyuq müharibə dövründə olduğu kimi sülh içində yaşamaq prinsipinə qayıtmalıdır” ifadəsinə də münasibət bildirib:

“Sülhün təmin olunması üçün ilk növbədə Rusiya hücumlarına son verməlidir. Bu, aydın və sadədir. Biz yalnız humanitar yardıma ehtiyacı olan insanlara müraciət edirik. Biz insanları dəstəkləyirik, insanları Rusiyanın Ukraynaya hücumlarından qorumağa çalışırıq”.

Facebook Comments