Rusiya ilə bağlı ÇAĞIRIŞ: Dərhal ölkəni tərk edin!

ABŞ və Kanada vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb.

Sozcu.az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamenti və Kanada Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Hər iki ölkənin xarici siyasət idarələri vətəndaşlarına Rusiyaya səfər etməməyi məsləhət görüb. Dövlət Departamenti hazırda Rusiyanı tərk etmək üçün məhdud təyyarə reysləri, həmçinin avtomobil və avtobus marşrutları olduğunu nəzərə çatdırıb:

“Rusiyada yaşayan və səyahət edən ABŞ vətəndaşları təcili bu ölkəni tərk etməlidirlər”.

Kanada XİN-dən bildirilib ki, kommersiya reyslərinin olduğu hazırkı vəziyyətdə bu ölkənin vətəndaşları təcili Rusiyanı tərk etməlidirlər.

Facebook Comments