Emil Balayev “Qarabağ”dan ayrıldı – Bu kluba keçir

“Qarabağ” qapıçısı Emil Balayevlə yollar ayırıb.

Sozcu.az klubun saytına istinadən xəbər verir ki, onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Ağdam təmsilçisi Emil Balayevə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən açıqlamada bildirilir ki, 27 yaşlı qolkiper karyerasını Qazaxıstanın Premyer Liqa təmsilçisi “Turan”da davam etdirəcək və o, artıq bu gün sözügedən ölkəyə yola düşür.

Facebook Comments