Rusiya ordusunun 2 bölüyü məhv edildi, əsgərlərlə dolu avtobus… – FOTO

Ukraynanın 14-cü Knyazovsk briqadasının hərbçiləri sutka ərzində Rusiya qoşunlarının iki bölüyünü məhv edib.

Sozcu.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Bildirilib ki, Ukrayna hərbçiləri həmçinin Rusiya hərbçilərinin olduğu avtobusu ələ keçirib.

Qeyd edilir ki, Rusiya Silahlı Qüvvələri 29 təyyarə, 29 helikopter, 198 tank, 846 zirehli döyüş maşını, 7 ədəd hava hücumundan müdafiə sistemləri, 3 ədəd İHA, 60 gəmi, 2 ədəd kater itirib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələri Berdyansk aerodromunda “Toçka-U”nu vuraraq qarşı tərəfin texnikasını məhv edib.

Facebook Comments