Daha 3 qazimiz Azərbaycana qayıtdı

Ağır yaralanan və müalicə üçün YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilən 3 qazi sağalaraq Vətənə geri dönüb.

Fonddan Sozcu.az-a verilən məlumata görə, həmin qazilər Seymur Cavanşir oğlu Alıyev, Təbriz Atamoğlan oğlu Zöhrablı və Mehman İbrahim oğlu Şirəliyevdir.

Qazilərdən ikisinin Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb, biri isə təkrar müayinə üçün göndərilib və müalicənin gedişatı müsbət qiymətləndirilib.

Facebook Comments