“Rusiyanın Ukraynaya acgözlüklə müdaxiləsi dayanmalıdır”

Amerikalı məşhur müğənni Madonna hazırda Ukraynada gedən müharibə ilə bağlı İnstaqram səhifəsində paylaşım edib.

Sozcu.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi insanlardan Ukraynaya yardım etməsini xahiş edib və Ukrayna Prezidenti Volodimir Zelenskini dəstəklədiyini bildirib:

“Rusiyanın Ukraynaya mənasız və acgözlüklə müdaxiləsi dayanmalıdır! Xahiş edirik, bu böhrandan əziyyət çəkən milyonlarla Ukrayna vətəndaşına kömək etmək üçün humanitar yardım göndərin. Putin insan haqları ilə bağlı bütün razılaşmaları pozub. Onun Ukraynanın varlığını silmək üçün cəhd etmək hüququ yoxdur. Biz sizin və ölkəniz üçün dua edirik! Bu miqyasda geosiyasi hərəkətlərlə üzləşəndə özümüzü aciz hiss etmirik. Bizim də edə biləcəyimiz şeylər var”.

Facebook Comments