Təslim olan Rusiya əsgərlərinə 5 milyon ödəniləcək

Rus işğalçılarının ölən və yaralanan itkiləri 5,3 min nəfərdən çox olub.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov məlumat verib.

Onun sözlərinə görə, düşmənin yüzlərlə əsgər və zabiti əsir götürülüb:

“Onların əksəriyyəti çox gəncdir. Kreml onları cinayətkara çevirir, qatil edir. Kimisi aldadılıb, kimisi təbliğatla zombiləşdirilib və ya qorxudulub. Ümumiyyətlə, əksər işğalçıların motivasiyasının aşağı olduğunu görmək olar. Və onlar Ukrayna silahlarının gücünü hiss edirlər”.

Reznikov qeyd edib ki, Ukrayna üçün insan həyatı çox dəyərlidir:

“Ukraynalıların həyatını xilas etmək üçün Ukrayna Müdafiə Nazirliyi Beynəlxalq İT ictimaiyyətinin təşəbbüsünü dəstəkləyib. Bu, çox sadədir. Biz rus əsgərlərinə seçim təklif edirik: ədalətsiz müharibədə ölmək və ya tam amnistiya və 5 milyon rubl təzminat ödəniləcək. Qlobal İT sənayesinin liderləri bu hərəkəti təmin etmək üçün fondlar toplayırlar”.

Facebook Comments