Düşmənin diversiya qrupu məhv edildi – Ukrayna

Fevralın 25-i səhər saat 07:00-a olan məlumata görə, Donetsk əməliyyat bölgəsində vəziyyət nəzarət altındadır. Rusiya qoşunları Ukrayna ordusunun mövqelərini, şəhərləri və mülki infrastrukturu atəşə tutmaqda davam edir.

Sozcu.az xəbər verir ki, bu barədə Birləşmiş Qüvvələrin Əməliyyat Qərargahından məlumat verilib.

“Şastye, Stanitsa Luqanskaya, Lobaçevo və Belovodskaya bölgələrində gecə saatlarında düşmənin diversiya-kəşfiyyat qrupları dəfələrlə qoşunlarımızın arxasına keçməyə cəhd etsə də, vaxtında aşkar edilərək məhv edilib”, – məlumatda qeyd olunub.

Facebook Comments