Hüquq-mühafizə orqanları da vuruşacaq – Ukrayna

Ordu əksər bölgələrdə hücumları mükəmməl şəkildə dəf edir. Rus əsgərlərindən əsir düşənlər var. Düşmənin təyyarələri və zirehli texnikası məhv edilir.

Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Ancaq Prezident Zelenskinin dediyi kimi, təkcə ordu deyil, bu gün Ukraynanın bütün vətəndaşları müdafiəmizin əsasını təşkil edir. Ümumi səfərbərliklə bağlı qərar qəbul edilib. Ölkənin müdafiəsinə qoşula bilən hər kəs bu fürsəti əldə edəcək. Dövlətin müdafiəsinə təkcə Silahlı Qüvvələrin deyil, hüquq-mühafizə orqanlarının da qoşulması lazımdır”.

Facebook Comments