Qazaxıstan: Donbasın tanınmasından söhbət gedə bilməz

Məsələ ilə bağlı rəsmi münasibət bildiriləcək. Ancaq sizi əmin edə bilərəm ki, qondarma “donetsk xalq respublikası” və “luqansk xalq respublikası”nın müstəqilliyinin Qazaxıstan tərəfindən tanınmasından söhbət gedə bilməz.

Sozcu.az xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdi deyib.

“Biz beynəlxalq hüququn əsasları və Birləşmiş Millətlər Təşkilatının prinsipləri əsasında fəaliyyət göstəririk. Vəziyyət getdikcə pisləşir, ona görə də beynəlxalq ictimaiyyəti diplomatik həllə çağırırıq. Qazaxıstan buna hazırdır”, – deyə Tileuberdi bildirib.

Facebook Comments