Avropa İttifaqı “Donetsk və Luqansk respublikalarının” “müstəqilliyi”nin tanınmasını qınayıb

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiyanın “Donetsk və Luqansk respublikalarının” “müstəqilliyi”nin tanınması ilə bağlı qərarını qınayıb.

Sozcu.az-ın xəbərinə görə, bu barədə Aİ-nin Ali Nümayəndəsi “Twitter”də bildirib.

“Ukraynada iki ərazinin tanınması beynəlxalq hüququn, Ukraynanın ərazi bütövlüyünün və Minsk razılaşmalarının kobud şəkildə pozulmasıdır. Aİ və onun tərəfdaşları Ukrayna ilə birlik, möhkəmlik nümayiş etdirərək buna qətiyyətlə reaksiya verəcəklər”, – Borrell bildirib.apa

Facebook Comments