Paşinyanı snayeperlə vurmaq təklifinə etiraz: “Onlar nəyi və nə zaman etməyi hamıdan yaxşı bilirlər”

Dünən YAP-çı deputat Aydın Mirzəzadənin parlamentin yaz sessiyasının sonuncu iclasındakı duyğusal çıxışı və sonradan dediyini təkzib etmək zorunda qalması gündəmə damğasını vurdu.

Maraqlıdır ki, onun fikirlərinə özünəməxsus etiraz edənlərdən biri də YAP-çı həmkarı, keçmiş icra başçısı, siyasi elmlər doktoru, professor, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Vaqif Abdullayev olub.

Onun FB profilində “Xahiş edirəm heç kim bizim snayperlərimizi narahat etməsin. Onlar nəyi və nə zaman etməyi hamıdan yaxşı bilirlər” statusu ilə çıxış etməsi xeyli düşündürücüdür. Amma bilmək olmur ki, qocaman YAP-çı Aydın mirzəzadəyə ağsaqqal məsləhəti vermək istəyib, yoxsa dediyi sözlərə görə onu üstüörtülü məzəmmət etməyə çalışıb. Hər halda doğrusunu özləri bilirlər…(Moderator.az)

Sozcu.az

Facebook Comments