Əhalinin ərzaq xərcləri yanvarda 3%-dək artıb

Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə ərzaq məhsullarına 1,781 mlrd. mlrd. manat xərclənib.

Sozcu.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,8% artıb, aylıq müqayisədə isə 3,3 dəfə azalıb. Ərzaq məhsullarına xərclənən vəsaitlər ümumi pərakəndə ticarətinin 49%-ini təşkil edib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən ərzaq məhsullarına 21,744 mlrd. manat, təkcə dekabr ayında isə 5,890 mlrd. manat (son iki ilin ən yüksək göstəricisi) xərclənib.

Facebook Comments