İcra hakimiyyətinin qarşısında özünü yandırmaq istədi: 2 polis xəsarət aldı

Goranboy sakini icra hakimiyyətinin qarşısında intihara cəhd edib, iki polis əməkdaşı xəsarət alıb.

Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 9-u saat 16 radələrində Goranboy şəhər sakini S.Həsənov Rayon İcra Hakimiyyətinin (RİH) qarşısında üzərinə yanacaq tökərək özünü yandırmağa cəhd göstərib.

Polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınıb, lakin bu zaman iki polis əməkdaşı yüngül dərəcəli yanıq xəsarətləri alıblar.

S.Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşlarına xəstəxanada ilkin tibbi yardım göstərilib.

Araşdırma aparılır.

Facebook Comments