Bəlkə… arada Onun üçün də dava döyək!? Bizim üçün yaradıb, bizə verdiyi dövləti Ona verək?

– Həzərat!
Uşaq pulunun davasını döyürük?
– Döyürük!
– Şairə, yazıçıya ad, ev, təqaüd verilməsinin davasını döyürük?
– Döyürük!
Sabah Azərbaycan adlı DÖVLƏT yaradan Kişinin günüdür!
Bəlkə… arada Onun üçün də dava döyək!? Bizim üçün yaradıb, bizə verdiyi dövləti Ona verək? Daha doğrusu, bu ölkədən bir az da Ona pay verilməsinin davasını döyək?
Adına küçə, prospekt, kənd, şəhər, universitet, təqaüd təsis edək?
Yoxsa ki var, təkcə mən iqtidarımızın bu mərhəmətindən nankorcasına xəbərsiz qalmışam?
Araba yaradanı, avtomobil yaradanı, şeir-hekayə yaradanı dəyərləndirdik – hətta bizdən olmayanlardan, amma və lakin… DÖVLƏT yaradanı dəyərləndirmədik!
Sevmək… dəyərləndirmək deyil!
Dəyərləndirməyin qədəri müəyyən edir necə sevirsən!

p.s. 70 il SSRİ yaradan Lenini sevdiyimizi dedik. Axırda məlum oldu ki, biz ona nifrət edirikmiş – o bəzi arvadlar olur e, 4 ilə 8 uşaq doğub boşanmaya gələndə “mən onu sevmirdim ki” deyən kimi!

Aydın Can

Facebook Comments