Gənc icra başçısının biznesi: Gədəbəy dağlarında bulaq zəbt edib, vətəndaşlara su satır – FOTO

Ağstafanın gənc icra başçısı Seymur Orucov Gədəbəy rayonunda da özünə biznes qurub.

Sozcu.az xəbər verir ki, bu barədə məlumatı xaricdə yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli yayıb.

O iddia edib ki, keçmiş deputat və sabiq rektor Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə evli olan icra başçısı həyat yoldaşının adına “DAŞLI BULAQ -A” Məhdud Məsuliyyətli Cəmiyyəti qeydiyyatdan keçirib və Gədəbəyin dağlarında özünə böyük bir bulaq zəbt edib.

Jurnalist qeyd edir ki, həmin bulağın suyu 18 kilometr məsafədən yoğunluğu 1 metrlik borularla gətirilir. Bundan sonra, icra başçısınını rayonda açdığı “Daşlı Bulaq” qablaşdırma müəssisəsində qablaşdırılır.

Facebook Comments