Bu gün Zelenski və Bayden arasında telefon danışığı olacaq

Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski ilə Co Bayden arasında bu gün telefon danışığı olacaq.

Sozcu.az-ın məlumatına görə, bu barədə V.Zelenskinin mətbuat katibi Sergey Nikiforov “Facebook” səhifəsində məlumat verib.

Bildirilib ki, liderlər arasında baş tutacaq danışıqlarda sülh prosesi, təhlükəsizlik, xüsusilə enerji, müdafiə sahəsində əməkdaşlıq, makromaliyyə dəstəyi, anti-oliqarxiya islahatları məsələlərinə toxunacaq.

Qeyd edək ki, bu, yanvar ayında iki ölkə prezidentləri arasında keçirilən sayca ikinci görüşdür.

Facebook Comments