9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur.

Anayam.az bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur.

– 9 aylıq körpənin təxmini çəkisi 9,5 – 10 kq, boyu 70 – 73 sm olmalıdır.

– Dəstək olmadan uzun müddət otura bilir.

– İməkləyə bilir.

– Dəstəyə söykənərək, ayaq üstə durur və bir müddət müstəqil dayana bilir.

– Böyüklərin əllərindən tutarkən, gəzməyə çalışır.

– Yavaş-yavaş əşyalar arasındakı əlaqəni başa düşür. Kiçik predmeti böyük predmetin üzərinə qoyaraq, kiçik ev inşa edə bilir.

– Otaqda bir müddət sərbəst oynaya bilir, lakin bəzən gözünə görünmək lazımdır.

– Kiçik əşyaları barmaqları ilə, böyük əşyaları isə iki əli ilə götürə bilir.

– Oturacağa və ya divana qalxmağa çalışır.

– Ondan soruşulan əşyanı, baxışları ilə axtara bilir.

– Şəkillər üzrə tanıdığı heyvanları göstərə bilir.

– “Otur”, “Get”, “Yat” və s. kimi sözləri başa düşür.

– Tam anlaşılan olamasa da “ana”, “ata” kimi sözləri deyə bilir.

– Nitq inkişafı üçün körpə ilə daim danışmaq gərəkdir. Hər gün kiçik bir rəngərang kitabdan ona nə isə oxumağa çalışın. Oyuncaq seçərkən ilk növbədə onların təhlükəsizliyinə diqqət yetirin.

Facebook Comments