ABŞ imtina etdi, Çin Rusiyanı dəstəklədi

Rusiyanın təhlükəsizliklə bağlı qanuni narahatlıqları ciddi qəbul edilməlidir.

Sozcu.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi ABŞ Dövlət katiti Entoni Blinkenlə telefon danışığı zamanı deyib.

“Bu gün bütün tərəflər Soyuq müharibə zehniyyətindən tamamilə imtina etməli və danışıqlar yolu ilə balanslaşdırılmış, effektiv və davamlı Avropa təhlükəsizlik mexanizmi yaratmalıdır. Rusiyanın qanuni təhlükəsizlik narahatlıqları ciddi qəbul edilməli və həll olunmalıdır”, – Van Yi amerikalı həmkarı ilə söhbətində deyib.

Qeyd edək ki. ötən gün ABŞ Moskvadakı səfirliyi vasitəsilə Rusiyanın təhlükəsizlik təminatı təkliflərinə yazılı cavab verib. Detallar asçıqlanmasa da, Rusiyanın əsas tələblərindən imtina edildiyi bildirilir.

Facebook Comments