Ceyhun Bayramov İƏT XİN Şurasının iclasına qatılacaq

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclası martın 22-23-də İslamabadda keçiriləcək.

Sozcu.az-ın xəbərinə görə, bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee “Twitter”də bildirib.

İƏT-in Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasında iştirak etmək üçün səfir bu gün Pakistan xarici işlər nazirinin dəvətini Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova təqdim edib.

Facebook Comments