Daxili İşlər Nazirliyi (DİN) idmançıya məxsus əşyaların oğurlanması ilə bağlı araşdırmalara başlayıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Gözəl Zutovaya məxsus əşyaların oğurlaması ilə bağlı iddiaların bütün təfərrüatları Bakı Şəhər Baş Polis İdarəsinin cinayət-axtarış idarəsi tərəfindən araşdırılır.
Həmin ünvan üzrə kamera görüntüləri yoxlanılır, əşyaların hansı şəraitdə itməsi, yaxud oğurlanması ilə bağlı araşdırmalar gedişində məlum olcaqdır: “Bu barədə Gözəl Zutovla əlaqə saxlanılaraq məlumatlandırılıb”.
Facebook Comments