DƏHŞƏTLİ GÖRÜNTÜLƏR HÖKUMƏTİN «TÜKÜNÜ ​ DƏ TƏRPMİR»- SƏBƏB?

Təqdim olunan videodan göründüyü kimi Bakı kəndlərində bağları yağış və yeraltı qrunt suları iflic etməkdədir. Yerli sakinlər tərəfindən redaksiyamıza çatdırılan məlumatlarda bildirilir ki, Sabuncu, Nardaran və Lahıc bağları yağış sularının altında qalsa da, heç bir dövlət qurumundan və yerli icra hakimiyyəti tərəfindən müdaxilə edən yoxdur. Artıq bir aydır ki, sel sularının basması səbəbindən yaşayış evləri, hasarlar və küçələr dağılıb sıradan çıxmaqdadır. Sakinlər belə bir dözülməz vəziyyətlə bağlı gündəlik aidiyyatı dövlət qurumlarını məlumatlandırsalar da, hələ də hansısa dövlət qurumunun «tükü belə tərpənmir». Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək.

GundemXeber.Az

Facebook Comments