Hikmət Hacıyev Malayziyanın XİN rəhbərinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə etdi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Malayziya xarici işlər nazirinin müavini Kəmarudin Cəffərlə görüşüb.

Sozcu.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev öz tviter səhifəsində bildirib.

Paylaşımda deyilir: “Malayziyanın xarici işlər nazirinin müavini cənab Kəmarudin Cəffərlə məhsuldar görüş keçirildi. Görüş zamanı ikitərəfli əlaqələri, həmçinin İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq institutlar çərçivəsində sıx əməkdaşlığı müzakirə etdik”.

Facebook Comments